Ru
15:51 / 15 İyun 2022

Heydər Əliyevin görmək istədiyi Azərbaycan... - Millət vəkilinin yazısı

11761

Mahir Abbaszadə


15 İyun Azərbaycan xalqının əsl qurtuluş günüdür.


Ulu Öndər Heydər Əliyevin birinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi, yəni SSRİ dönəmində ölkə rəhbəri olduğu vaxtlar, həmçinin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycan xalqının, dövlətinin əsl qurtuluş dövrü kimi qiymətləndirilməlidir. Hakimiyyətinin birinci dövründə Azərbaycanı Sovet İttifaqı tərkibində inkişaf etdirmək, milli iqtisadiyyatı qurmaq, SSRİ-nin ən qabaqda gedən respublikalarından birinə çevirmək Heydər Əliyevin əsas missiyası idi və bu missiyanı şərəflə yerinə yetirə bildi.





1993-cü ildə isə Heydər Əliyevin qarşısında duran əsas məsələ Azərbaycan xalqını vətəndaş müharibəsindən qurtarmaq, dağılmaq ərəfəsində olan Azərbaycan dövlətini yenidən qurmaq və inkişaf etdirməklə bağlı böyük bir missiya idi.


Mənə elə gəlir ki, Ümummilli Lider hər iki missiyanı şərəflə və ləyaqətlə yerinə yetirə bildi. Məhz buna görə də Heydər Əliyev müasir Azərbaycanın banisi kimi qiymətləndirilməlidir.


Heydər Əliyevin əsas hədəfləri Azərbaycan xalqının iradəsi ilə Azərbaycan dövlətini qurmaq, yaratmaq, iqtisadiyyatını möhkəmləndirmək, xalqı toparlamaq, ordunu qurmaq idi və Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bütün bunlara nail ola bildik.


Ümummilli Liderin Azərbaycan dövləti qarşısında xidmətləri təkcə milli qurtuluşla bitmir. Mənə elə gəlir ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanda qurulmuş, inkişaf etmiş dövləti hüquqi varisi olan İlham Əliyev cənablarına ötürməsidir.


Heydər Əliyev o zaman qeyd edirdi: “Mən ona (İlham Əliyevə - müəllif) özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”. Heydər Əliyevin bu uzaqgörən fikri də öz təsdiqini tapdı.


Məhz Ulu Öndərin ən böyük arzularından biri olan Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, Azərbaycanı ən aparıcı dünya dövlətlərindən birinə çevirmək məhz İlham Əliyevin dövründə həyata keçdi.





Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Ordumuzun gücü sayəsində işğal altında olan torpaqlarımızı geri qaytardı. Ulu Öndərin görmək istədiyi, arzuladığı əsl Azərbaycan məhz İlham Əliyevin səyləri nəticəsində inkişaf etmiş bugünkü qüdrətli Azərbaycandır.


Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki tarix var, Ümummilli Lider qəlblərdə yaşayacaq. Biz həmişə Ulu Öndərin xatirəsini əziz tutacağıq. Eyni zamanda, hər il Qurtuluş bayramını qeyd etməklə gələcək nəsillərə bir daha Azərbaycan dövlətinin hansı yollardan, Ulu Öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində hansı çətinliklərdən keçməsi haqqında məlumat veriləcək.

Şərhlər
  • Sefiyev

    Salam men Şəfiyev Tural Seymur oglu 33 yaşim var ale surucusu işlemişem 12 il iş tecrubem var işden cixma sebebim daha işlediyim yerde surucuye ehtiyaclari qalmadi deyr cixartdilar işdrn sizden mene bir işle temin etmenizi sizden xaiş edirem aleliyem 2 övladim var hal hazirda atamin himayesindeyem adam utanir vallah mende özum işlemek pul qazanmaq isteyirem umudvaram ki kömeklik edersiz

  • Sultanov

    Qarabag Azərbaycandır

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər