Ru
18:54 / 21 Noyabr 2022

Hikmət Hacıyev Alon Uşpizlə telefonla danışdı

953
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpizlə telefonla danışıb.


Bakupost.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də yazıb.


Onun sözlərinə görə, telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb: “Tərəflər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər