Ru
20:58 / 17 Noyabr 2022

“Hollivud kinosunun ən pis dövrünü yaşayırıq” - Tarantino

2495

Məşhur rejissor Kventin Tarantino ən yaxşı filmini açıqlayıb.



Bakupost.az xarici mətbuata istinadən bildirir ki, "Reservoir Dogs", "Inglourious Bastards" və "Pulp Fiction" kimi kult filmləri ilə tanınan amerikalı rejissor maraqlı açıqlamaları ilə gündəmə gəlib.


"The Video Archives" podkastına danışan Oskar mükafatlı rejissor bu günə kimi çəkdiyi ən yaxşı filmin “Once Upon a Time in Hollywood” olduğunu deyib. Onun bir çox müzakirələrə səbəb olan və bir qism tərəfindən eləm də bəyənilməyən bu filmi karyerasının ən yaxşı filmi hesab etməsi birmənalı qarşılanmayıb.


Rejissor kifayət qədər anlaşılmadığını düşündüyü əsərinin isə 2007-ci ildə ekrana çıxan "Grindhouse" filmi olduğunu söyləyib. Film 25 milyon gəlir əldə edərək kassada gözləntilərdən xeyli aşağı nəticə əldə etmişdi.


O, "hazırda Hollivud kinosunun ən pis dövrünü yaşayırıq”, - deyərək narazılığını da dilə gətirib.


Qeyd edək ki, senarisini də Tarantinonun yazdığı “Once Upon a Time in Hollywood”un baş rollarına Leonardo Di Kaprio, Bred Pitt və Marqot Robbi çəkilib. Film 2020-ci il Oskar mükafatlarında 10 kateqoriya üzrə namizəd olub, lakin cəmi iki nominasiyada qalib gəlib. Belə ki, Bred Pitt bu filmdəki Klif Buf roluna görə "Ən yaxşı köməkçi aktyor" nominasiyasında qalib gələrək karyerasının ilk Akademiya Mükafatını qazanıb. Filmə, həmçinin "Ən yaxşı istehsal dizaynı" mükafatı verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər