Ru
17:17 / 27 Yanvar 2022

Hoteldə xanım müğənnini bıçaqlayan şəxsə hökm oxundu

2581
Bakıda oteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki,bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçiirlən prosesdə elan olunub.

Xatırladaq ki, hadisə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda qeydəa lınıb.

Belə ki, Ə.Məmmədov tanışı Aygün Mirzəyevaya şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı hotellərin birində çoxsaylı bıçaq xəsarətləri yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər