Ru
15:15 / 30 Sentyabr 2022

İbrahim Tatlısəs Məhsa Əmininin öldürülməsinə səssiz qalmadı - FOTO

2263
Sənətçi İbrahim Tatlısəs 22 yaşlı iranlı Məhsa Əmininin öldürülməsinə səssiz qalmayıb.


Bakupost.az bildirir ki, bununla bağlı o, sosial media hesabında paylaşım edib.


Bütün qadınların azadlığına diqqət çəkən Tatlısəs, “Ruhumun narahatlığını, ürəyimdəki ağrıları izah edəcək nə söz var, nə də yazı... Bu gün canından olan qızımız Mahsa Amini və azadlığı uğrunda mübarizə aparan bütün qadınların haqlı mübarizəsini dəstəkləyirəm. Allah bütün qadınların yanındadır”, deyə yazıb.

Xatırladaq ki, İranda hicab qaydalarına əməl etmədiyi üçün həbsxanada məruz qaldığı zorakılıqdan sonra dünyasını dəyişən Məhsa Əmininin ölümündən sonra yüzlərlə adam saxlanılıb. Dünya gündəmində olan hadisəyə bir çox məşhurlar reaksiya verib.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər