Ru
16:36 / 20 Mart 2022

İcra başçısı bayramları səhv saldı - Novruz mərasimində Şaxta baba - FOTO

25511
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Yeni il bayramıyla Novruz bayramını səhv salıb.  



Bakupost.az xəbər verir ki, başçının təşkil etdiyi Novruz şənliyinə Şaxta baba “dəvət olunub.


Fotolardan görünür ki, Novruz tonqalı ətrafında dövrə vuranlar arasında özünə yer edən Şaxta baba Keçəlin əlindən tutub rəqs edir.


Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir


Novruz tonqalı ətrafında tədbirə tamaşa edən və əl çalanlar arasında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov da var.


Xatırladaq ki, R.Cəlilov 14 sentyabr 2021-ci il tarixində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
İcra başçısı bayramları səhv saldı - Novruz mərasimində Şaxta baba - FOTO
İcra başçısı bayramları səhv saldı - Novruz mərasimində Şaxta baba - FOTO
Şərhlər
  • Nigar

    Novruz bayramı yox, Bahar bayramı. baharın gəlişidir bu. Müsəlman aləmində yeni il kimi sayılan bu bayram bahar bayramıdır. Müsəlmanın nə günü var ki, bayramı daolsun? Biz həmişə dərddə-qəmdə olan insanlarıq.novruz fars sözüdür. Mən həmişə bahar bayramı deyirəm. Erməniləri müdafiə edən xalq özü ermənidir.

  • Akif Həmidov

    Rafiq Cəlilov Prezidentin indi köməkçisi işləyən Kərəm Həsənovla birgə daşınmaz əmlakların qanunsuz özəlləşməsini və əmlak alveri ilə məşğul olmuş siyasi cəhətdən savadsız adamdır.

  • Culfa

    Burda təəccüblü nə var ki? Bunların çoxu eyni səviyyədədir. Məsələtün, Kərbəlada imamlardan təkcə Hüseyn şəhid olduğu halda, Rafil Hüseynov Masallıda hər dəfə çıxış edəndə deyirdi ki, Kərbəlada imamlarımızı qırıblar...

  • Azər Süleymanov

    Ay axmaq, Başçı düz deyib. İslam aləmində yeni il novruz bayramından başlayır.

  • Sebuhi Rzayev

    Yaxwi baxsaydin Dede Qorqud oldugunu gorerdin boyutmeyin meseleni

  • t.ədalət

    Kadr düzgün seçilməyəndə erməni kimi milli simvollarımıza düşmən də ola bilər.

  • Cammat

    Bu keçəllə -kosa oynunuda ləğv etmək lazımdır.Bu cır-cındır içində kirli-paslı bizim adətə xas olmamalıdır.Bəs hanı NOVRUZ baba,BAHAR qız?Yoxsa bunları geyindirməyə də pul çatmır.Ayıb olsun ay Cəlilabadlılar.Bir adam tapılmadımiki bu "cənab"başbiləni başa salsın.

  • Veteran

    Bunuda etdilər.Allah sizə nəhlət eləsin ay rus başlar.

  • X

    Bu saxtababa ya yatib qalib yada havnin soyumasindan istifade edib qayidib

  • Gündüz

    Milliqar;ışıq haradan bilsin ki, novruz nədir? Evində bişməyib,qonşudan gəlməyib.Onun nə günahı var? Günah onu təyin edənərdədir.

  • Osman

    Axsaq ulağın kor nalbənd olar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər