Ru
01:07 / 18 May 2022

İcra başçısının həbs etdirmək istədiyi jurnalistlə bağlı məhkəmə qərarı

2921
Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist Cəmil Məmmədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərov sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Xatırlatma: Jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra ikinci onu məhkəməyə verib. İddia ötən il aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.

Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsəsən, jurnalist 1 il 6 ay islah işlər məşğul olmalı və qazancından isə 20 faiz dövlət hesabına köçürməlidir. Hökmdən narazı qalan Cəmil Məmmədli apellyasiya şikayəti verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər