Ru
22:00 / 04 May 2022

İcra hakimiyyətlərinin fəaliyyəti yeni qaydalarla tənzimlənəcək - AÇIQLAMA

1090
Bəzi rayonlarda icra hakimiyyətinə uzun müddətdir ki, eyni şəxs rəhbərlik edir. Onlar barəsində mətbuatda, sosial şəbəkələrdə tənqidedici materiallar yayımlanır, rayon sakinlərinin narazılıqları ifadə olunur. Lakin bu amillərə baxmayaraq yenə də vəzifələrinə davam edirlər. Əhali iddia edir ki, uzun müddət vəzifədə qalan icra başçıları onların problemləri ilə maraqlanmır, rayon üçün hər hansı iş görmürlər.

Bəs icra başçılarının vəzifələrinin icrası üçün xüsusi bir müddət təyin olunsa, necə olar?


Məsələ ilə bağlı millət vəkili Aydın Hüseynov Bakupost.az -a açıqlama verib.


O, icra başçılarının fəaliyyətinin tənzimlənmə üsullarından danışıb:





“Rayon icra hakimiyyətlərinin başçıları təyinatlı vəzifələrdir. Ona görə də onlarda il müddəti nəzərdə tutulmur. Onlar vəzifəyə təyin olunur və vəzifədən azad olunurlar. İcra başçılarının hər hansısa qanunazidd fəaliyyəti varsa, hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınır, cinayətə cəlb olunurlar. Vəzifəsini icra edə bilməyən icra başçıları vəzifələrindən uzaqlaşdırılırlar. Onların fəaliyyəti bu cür tənzimlənir.


Lakin bir çox sahələrdə olduğu kimi yerli icra hakimiyyəti institutlarının özündə də islahatların aparılması, yeni bir optimal qaydada tənzimlənməsini vacib hesab edirəm. Bir çox sahələrdə struktur dəyişikliklərinin aparılması, sahələrdə idarəetmə funksiyalarının təkmilləşdirilməsi öz bəhrəsini verir. Bu, şəffaflığın təmin olunması, səmərəliliyin artırılması, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Ölkə başçısı tərəfindən aparılan bu kimi islahatlar öz nəticələrini verir. Rayon icra hakimiyyətlərinin funksiyaların tənzimlənməsi ilə bağlı, hesab edirəm, yeni bir addım atılacaq”.


Aynur
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər