Ru
23:25 / 06 Avqust 2022

İctimai TV bu fotoya görə üzr istədi

8055
“Sosial şəbəkələrdə yayılan İranın dini liderinin iqamətgahının sütunlarının Azərbaycana dəstək olaraq bayrağımızın rənglərində bəzənməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.



Bakupost.az -ın xəbərinə görə, bu barədə İctimai Televiziya məlumat yayıb.



“Bu gün sosial şəbəkələrdə və teleqram kanallarda İranın dini lideri Xameneinin iqamətgahında sütunların Azərbaycan bayrağının rəngində bəzənməsini əks etdirən fotolar yayılıb. Bu Londonda səfirliyə hücumdan sonra İranın Azərbaycana dəstəyi kimi qiymətləndirilib. Lakin sonradan məlum olub ki, iqamətgahın sütunları artıq bir müddətdir ki, bu rənglərlə bəzədilib və bu Azərbaycana dəstək təzahürü deyil. Təəsüf ki, bu məlumat bizim də sosial şəbəkə hesablarımızda yer alıb. Bu yanlışlığa görə üzr istəyirik”, – məlumatda qeyd olunub.
Şərhlər
  • Bağırov cebrayil

    Təlimə ehdiyac yoxdu 1 səfər gedib gəlmişəm könüllü birdəfəlik cəbhə bölgəsinə hər zaman hazıram 055-493-95-45 əlaqə nomre 070-432-45-75 bu nömrələrdən hər hansı birine bir zəng bəs edər

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər