Ru
23:52 / 22 Yanvar 2022

İki erməniyə hökm oxundu

1903
Fransanın Tur məhkəməsi üç kişi və bir qadına törətdikləri əməllərə görə hökm oxuyub.

Bakupost.az xəbər verir ki, onlar qaçaqmalçılıq və soyğunçuluqda ittiham edilir.

Hökm oxunan 4 nəfərdən ikisi ermənidir. Belə ki, Andranik və Marina Şərqi Avropadan qaçaqmalçılıq yolu ilə tütün və digr məhsulları keçirdikləri üçün cinayət məsuliyyətinə cəlb ediliblər.

Marinanın evindən 10 990 avro nağd pul, 651 qutu tütün, 231 siqaret qutusu, 300 qram qızıl-zinət əşyaları, 36 şüşə elit ətir, 35 şüşə araq və silah-sursat götürülüb.

Marina 5 ay sınaq müddəti olmaqla 6 ay ev dustaqlığına məhkum edilib. Altı ay azadlıqdan məhrum edilən Andranik isə həm də 70 720 avro cərimə ödəməli ödəməli olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər