Ru
11:29 / 22 İyun 2022

İki gəncin həyatını dəyişən “Bir gecənin nağılı” nümayiş olunacaq - FOTO

2008
Tbilisi prospekti, 76-da yerləşən “M Teatr”da “Bir gecənin nağılı” (bir bölümlü melodrama) təqdim olunacaq.


Bakupost.az xəbər verir ki, tamaşanın nümayişi 25-26 iyun tarixlərində saat 18:00-da baş tutacaq.


Tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.


Tamaşada aktyorlar Ziya Ağa və Günay Əhməd rol alacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.


Tamaşanı seyr etmək üçün 7-8-9-cu sıraların qiyməti 10 manat, 4-5-6-cı sıraların qiyməti 15 manat, 1-2-3-cü sıralara biletlərin qiyməti isə 20 manat təşkil edir.





Aynur
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər