Ru
17:45 / 22 Sentyabr 2022

İki il əvvəlki hadisə təkrarlandı: yüzlərlə balina sahildə öldü

993
Avstraliyanın Tasmaniya adasında 200-ə yaxın balina sahilə çıxdıqdan sonra ölüb.


Bakupost.az xəbər verir ki, sahildə 230 balina tapılıb, onlardan yalnız 30-u sağ olub.


Hadisə yerinə gələn Avstraliya Təbii Sərvətlər və Ətraf Mühit Departamentinin mütəxəssisləri sağ qalan məməlilərin xilası üçün işlərə başlayıb.


Maraqlıdır ki, 2020-ci il sentyabrın 21-də də analoji hadisə eyni yerdə baş verib. Həmin gün sahildə 470 balina olub. Onlardan 370-i ölüb.


Mütəxəssislər belə dəhşətli hadisələrnin səbəbinin nə olduğunu dəqiq bilmir. Ən çox yayılmış nəzəriyyəyə görə isə belə hadisələr okeanlarda heyvanların eşitmə orqanlarını zədələyən səs-küy, çirklənmə, eləcə də yırtıcıların hücumu ilə bağlıdır.

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər