Olimpiya çempionu Roman Kostomarovun ayaqları daban hissədən amputasiya olunub. Onun həyatını xilas etmək üçün həkimlər bu qərarı verib.
Bakupost.az xəbər verir ki, ağır pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilən Roman komaya düşmüşdü.
Buz üzərində oyunlar üzrə vitse-çempion 11 yanvardan EKMO cihazına qoşulmuş, daha sonra onda sepsis əmələ gəlmişdi.
45 yaşlı Kostomarovun qan dövranı pozğunluğu olduğu üçün ayaqlarında qanqrena başladı, onu xilas etmək üçün həkimlər amputasiya qərarı verdi. Əməliyyat yaxşı keçib, idmançının huşu özünə qayıdır, amma hələ də reanimasiyadadır.
Roman 2 qat dünya çempionudur.
Aygün Musayeva
BakuPost