Ru
17:57 / 30 Noyabr 2022

İldə 260 qram plastik yeyirik - Tanınmış həkimdən xəbərdarlıq

6613
İnsanların bilməyərəkdən bir ildə orta hesabla 260 qram, 10 ildə 2,6 kiloqram plastik qəbul etdiyi açıqlanıb.

Bakupost.az xəbər verir ki, Rusiyanın tanınmış həkimi Aleksandr Mayasnikov aparıcısı olduğu və “Rossiya-1” telekanalında yayımlanan “Ən vacibi” verilişinin efirində insanın bir il ərzində təsadüfən yediyi mikroplastikin çəkisini açıqlayıb.
Məlum olub ki, mikroplastiklər bədənimizə daha çox su, qab-qacaq, kosmetika, müxtəlif dəniz məhsulları və mümkün olan digər yollarla daxil olur: “Bir ildə 260 qram, 10 ildə 2,6 kiloqram plastik yeyirik. Plastik parçalanmır, çoxu təbii yolla xaric olunur”.

Mütəxəssis onu da bildirib ki, mikroplastikin bir hissəsi atmosferə daxil olan avtomobil şinlərinin sürtünən hissəciklərindən bədənə daxil olur. Sintetik materialları yuyarkən də eyni şey baş verir.

Qeyd olunub ki, həkimlər son illərdə ağciyər şişlərində mikroplastiklər aşkar etməyə başlayıblar. 2022-ci ildə ilk dəfə olaraq insan qanında kiçik hissəciklər tapılıb.

Mütəxəssis içməli su butulkaları və çay paketlərinin mikroplastik ixrac etdiyini bildirib və insanları ehtiyatlı olmağa çağırıb.


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər