Ru
16:34 / 27 Aprel 2022

“İlk vacib işimiz Ağdamda oldu” - “Azərsu” rəsmisi

2791
“Azərsu” ASC-nin işğaldan azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var.


Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Anar Cəbrayıllı deyib.


Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun Şuşa, Kəlbəcər, Zəngilan və Xocavənddə (Hadrut) 4 briqadası fasiləsiz xidmət göstərir:


“Həm hərbi obyektləri, həm də orada tikinti və minatəmizləmə işləri aparan mülki əhalini su ilə təchiz edirik. Abunəçilərlə müqavilə bağlayıb sayğaclar quraşdırmışıq. İlk vacib işimiz isə Ağdamda olub. Ötən il burada Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin su təchizatı sistemlərini yenidən qurmuşuq.


Bundan başqa, Ağdamın su mənbələrinin müəyyən olunması ilə bağlı kompleks işlər aparmışıq. İki ədəd qiymətləndirmə-kəşfiyyat quyusu qazılıb. O quyularda məhsuldarlıq və suyun keyfiyyəti normalara tam uyğundur. Həmin quyular imkan verdi ki, biz Ağdamın su təchziatını subartezian quyuları vasitəsilə quraq. Gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində magistral kəmərin, anbarın tikintisi, daxili şəbəkənin yenidən qurulması işlərini həyata keçirəcəyik”, - deyə o qeyd edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər