Ru
12:10 / 21 Yanvar 2023

İlon Mask: "ABŞ-ın Krıma hücumu dəstəkləməsi çox təhlükəlidir"

1944
İlon Mask Vaşinqtonun Ukraynanın Krım ərazisinə zərbələrini dəstəkləmək istəyini "amansız eskalasiya" adlandırıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, o, Vaşinqtonun bu bəyanatı bütün dünya üçün təhlükəli olduğunu bildirib.

“Mən Ukraynanı tam dəstəkləyirəm, lakin amansız eskalasiya Ukrayna və bütün dünya üçün son dərəcə təhlükəlidir”, - deyə İlon Mask Twitter-də yazıb.
Qeyd edək ki, "Nyu York Tayms" qəzeti öz mənbələrinə istinadən Co Bayden administrasiyasının Ukrayna hərbçilərinin Krım ərazisinə zərbələr endirmək və bununla da gələcək danışıqlarda özü üçün daha yaxşı mövqe əldə etməli olduğuna meyilləndiyini bildirib.

Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti Ukrayna rəsmiləri ilə müzakirələrdən sonra “bu addım eskalasiya riskini artırsa belə, Krıma zərbə endirmək üçün Kiyevin vəsaitələrə ehtiyacı ola bilər” qanətinə gəlib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yanvarın 20-də keçirdiyi brifinqdə deyib ki, ABŞ hakimiyyəti Krımı Ukraynanın bir hissəsi hesab edir. Vaşinqtonun fikrincə, Kiyev ölkənin hansı regionlarına zərbə endirmək barədə qərarı özü verməli və həmin ərazilərə nəzarəti bərpa etməyə çalışmalıdır.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər