Ru
11:13 / 06 Dekabr 2022

İlon Mask Bakıya gələ bilər

5271
"Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Mask (Elon Musk) 2-6 oktyabr 2023-cü ildə ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilər.

Bakupost.az xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələr ilə görüş zamanı "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.


O bildirib ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Bu qonaqlar dünyanın kosmos gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir, eyni zamanda elm xadimləri və tələbələrdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər