Ru
16:52 / 08 Dekabr 2022

İlon Mask birinciliyi əldən verdi - Dünyanın ən varlı adamı kimdir?

5698
"Forbes" dünyanın ən zəngin adamlarının siyahısını dərc edib. Uzun müddətdir siyahının başında adı çəkilən və toxunulmaz hesab olunan adların birincilik taxtı sarsılıb.

Bakupost. az xarici mediaya istinadla xəbər verir ki, Tvitter və "Tesla"nın baş direktoru İlon Mask dünyanın ən varlı adamı ünvanını itirib. O, fransalı milyarder Bernard Arnaulta məğlub olaraq siyahıda ikinci yerə düşüb.

B. Arnaultun sərvətinin 186.6 milyard dollar olduğu təxmin edilir. Qeyd edək ki, İlon Maskın sərvətinin dəyəri 184.4 milyard dollardır.

Günel,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər