Ru
23:40 / 25 İyul 2022

İlon Maskdan 20 illik dostuna ağır zərbə: həyat yoldaşı ilə eşq yaşadı

1830
Dünyanın ən varlı iş adamlarından olan İlon Mask növbəti dəfə şəxsi həyatı ilə gündəmə gəlib.


Bakupost.az xarici mətbuata istinadən bildirir ki, "Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Maskın ən yaxın dostu – iş adamı Sergey Brinlə münasibətləri pisləşib. Buna Maskın 20 ildən çoxdur davam edən dostluğa xəyanət etməsi səbəb olub. Belə ki, Mask Sergeyin həyat yoldaşı Nikol Şanahanla eşq yaşayıb.


“Wall Street Journal”ın xəbərinə görə, Maskla Nikol arasındakı qısa müddətli eşq macərası 2021-ci ilin dekabr ayında yaşanıb. Sergey baş verənləri öyrəndikdən sonra Mask dostunun önündə diz çökərək ondan üzr istəyib. Ancaq bu onların düşmənə çevrilməsinə mane olmayıb. Sergey bu ilin yanvar ayında həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Məlumata görə, öz evi olmadığını tez-tez dilə gətirən İlon Mask Sergeyin Silikon Vadisindəki evində dəfələrlə qalıb.


2008-ci ildə iqtisadi böhran zamanı Sergey Maska 500 min dollar borc verib. Məhz bu yardım sayəsində Mask “Tesla”nı ayaqda saxlaya bilib.


İlon Mask dostunun həyat yoldaşı ilə sevgi münasibəti yaşadığı ilə bağlı söz-söhbətləri təkzib edib. O, iddialara “Twitter” hesabından bu cavabı verib: “Səfehlikdir. Sergeylə dostam və dünən gecə bir məclisdə birlikdə idik”.


Sergey və Nikol isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.


Qeyd edək ki, 10 övladı olan İlon Mask vaxtaşırı olaraq sevgi macəraları ilə gündəmə gəlir.


Aysel
Baku Post



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər