Ru
11:45 / 19 May 2022

İmtahan stresindən yeniyetmə keçəl oldu

1099
15 yaşlı yeniyetmə imtahanlara hazırlıq dövründə stresdən tamamilə dazlaşıb.

Bakupost.az xəbər verir ki, Britaniya şəhəri Birminqemdə baş verən hadisə tibb tarixinə düşüb.

Belə ki, Sem Teylorun nəinki başında, hətta bədənindəki tüklər də tökülüb.

Onun dostu, məktəbi bitirmiş digər oğlan da məktəb imtahanlarından sonra kəlləşmə - alopesiya xəstəliyinə tutulduğunu bildirib.

Həkim diaqnozu təsdiq edib.

Aparılan müalicələr nəticə verməyib, Teylor xəstəliyi ilə barışıb.

O xatırlayır ki, son 1 ildə məktəbdə özünü yaxşı hiss etmirdi. Müəllimlər ondan xərçəng olmamısan ki, deyə soruşurdular.

Valideynlər bunun keçici olduğunu düşünsələr də, övladlarında ciddi autoimmun proses getdiyini anlamadılar.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər