Ru
12:14 / 01 Fevral 2023

İnanıram ki, İranda qanan, ağlı başında olan adam tapılacaq... – Fazil Mustafa

5177
“İranda səfirliyimizə qarşı törədilən terror aktı, əslində, Azərbaycana qarşı terror hücumudur və buna görə qarşı tərəf cavab verilməlidir. Terror aktından sonra Azərbaycan tərəfi İrandakı səfirliyini bağlayıb. Bu da beynəlxalq təcrübədə çox ciddi addımlardan biri hesab olunur. Bir dövlət yalnız düşmən ölkədəki səfirliyinin fəaliyyətini dayandırır. Bu addım Azərbaycan tərəfinin səfirliyimizə hücumu təşkil edən İran hakimiyyətinə qarşı etirazıdır”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.


Qeyd edib ki, İran tərəfi səfirliyimizə təşkil edilən bu terror aktının dəqiq izahını verməlidir:


“Hətta bir-birinə düşmən olan ölkələrdə də belə hadisələr baş vermir. Qonşu ölkə olaraq biz İrana problem yaratmamışıq. İran özü bizə problem yaradıb, gedib bizimlə düşmən olan ölkənin, Ermənistanın yanında dayanıb, ona silah verir. Səfirliyimizə hücum edib bir vətəndaşımızı qətlə yetirib, iki vətəndaşımızı yaralayıb. Tehranın mərkəzində hər hansı bir şəxsin silahla səfirlik binasına daxil olması imkanı yaradılıbsa, deməli, artıq bu düşünülmüş şəkildə edilən bir əməldir. Məsələnin üstünü örtmək üçün onu məişət zəminində baş verən qarşıdurma kimi qələmə verməyə çalışırlar. Törədilən təxribat İranla Azərbaycan münasibətlərini daha da gərginləşdirmək üçün atılan addımdırsa, həmin məsələdə elə ən böyük zərbə İranın özünə dəyəcək. Çünki əgər bir dövlət öz ərazisində olan elçini qoruya bilmirsə, onun etibarlılığına qarşı inamsızlıq yaranmağa başlayır”.


F.Mustafa vurğulayıb ki, əbədi düşmənçilik yoxdur. Ancaq İranın siyasəti dəyişməyənədək iki ölkə arasında münasibətlər belə gərgin olaraq qalacaq:

“İnanıram ki, İranda da qanan, ağlı başında olan bir, iki adam tapılacaq ki, rəhbərlərinin başına ağıl qoysun. Onlara başa salsın ki, Azərbaycanla belə danışmaq, hərəkət etmək olmaz”.


Sevinc
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər