Ru
13:00 / 11 Avqust 2022

İnflyasiya və iqtisadi böhranı yaradan səbəblər... - TƏHLİL

3100
“İqtisadi sahədə iki böyük problem var. Biri inflyasiya, digəri isə işsizlikdir. Bunların qarşısı alınmayanda vəziyyət xoşagələn olmur. Çünki bunlar bir-biri ilə sıx bağlıdırlar”.



Bunu Bakupost.az -a açıqlamasında elmlər doktoru, professor, millət vəkili Rüfət Quliyev deyib.


Millət vəkili hazırda dünya iqtisadiyyatında vəziyyətin heç də xoşagələn olmadığını bildirib:





“Bunun kökündə bazar iqtisadiyyatının qeyri-planlı şəkildə inkişafı dayanaır. Bazar iqtisadiyyatı 16-cı əsrdən etibarən İngiltərə, Hollandiya və başqa ölkələrdə inikişaf edib. 300 ildən artıqdır ki, dünya iqtisadiyyatı hər 25-30 ildə bir dəfə böhran vəziyyətinə düşür".


R.Quliyev bildirib ki, hazırda dünyada əsas problem staqflyasiyadır:


“Staqflyasiya iki makroiqtisadi göstəricidir. Digəri də staqnasiyadır ki, iqtisadiyyat geriliyir, yəni artım çox cüzidir. İqtisadiyyatın inkişafı geriliyən vaxt adətən klassik bazar iqtisadiyyatında qiymətlər düşməlidir. Ona görə ki, insanlarda alıcılıq qabiliyyəti yoxdur. Amma son 70-80 ildə görünən proses belədir ki, həm iqtisadiyyat geriliyir, həm də qiymətlər artır. Ona görə də iqtisadçı alimlər 20-ci əsrin son 30 ilində yeni iqtisadi termin istifadə edirdilər. O da staqflyasiyadır. Digəri isə inflyasiyadır. Ümumiyyətlə, inflyasiya ən böyük problemlərdən biridir. Bazar iqtisadiyyatı üçün inflayasiyanın 2-3% olması müsbət hal sayılır. Lakin bu 4%-i keçəndən sonra həyəcan başlayır, 10 %-i keçəndən sonra bu, problemə çevrilir. Bu gün ən böyük problem ondan ibarətdir ki, inflyasiyanın qarşısı alınmır. Bütün ölkələr, o cümlədən ABŞ, Avropa ölkələri bu istiqamətdə çalışırlar. Onlar Mərkəzi Bankın uçut dərəcəsini qaldırırlar ki, inflyasiyanı müəyyən qədər cilovlasınlar. ABŞ-da son on ildə görünməyən addımlar atıldı. Amma bunun qabağını ala bilmədilər. Avropanın özündə həmişə uçot dərəcəsi hətta mənfi olub. Bu gün bunu müsbətə keçirirlər ki, inflyasiyanı cilovlasınlar”.


R.Quliyev mövcud inflyasiyanın necə yarandığı barədə də danışıb:


“İlk növbədə ən böyük zərbəni pandemiya vurdu. Dünya iqtisadiyyatı 8-8.5 % gerilədi. Dünya tarixində ancaq İkinci Dünya Müharibəsində belə bir hadisə baş verib. Ondan sonra belə hal olmayıb. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunun artımı hardasa 6.5-7.5 % civarında idi. Amma pandemiya vaxtı bir ilin içində bu mənfi 8%-ə düşdü. Nəinki irəliləmə oldu, hətta iqtisadiyyat geriyə çəkildi. Bununla da turizm sahəsində 75%, nəqliyyat və logistika sahəsində isə 40% şirkətlər müflis oldu. Məcburiyyət qarşısında qalaraq ABŞ 3 trilyon dollardan çox pulu əhaliyə payladı ki, cəmiyyətdə problem olmasın, insanlar ayağa qalxmasın. Lakin bu da kömək etmədi. İngiltərədə də bir dəfəyə 70 milyard funt sterlinqi insanlara payladılar. Həmin ilin sonunda Böyük Britaniyanın büdcəsində 70 milyard kəsir oldu. Avropa ölkələri, o cümlədən Almaniyada da vəziyyət bu cürdür”.





Millət vəkilinin sözlərinə görə, postpandemiya dövründə külli miqdarda maliyyə vəsaiti lazım idi ki, dünya iqtisadiyyatını yenidən hərəkətə gətirsinlər: "Üçüncü məsələ Ukraynada gedən müharibədir ki, bu, bütün dünya iqtisadiyyatına təsirini göstərir. Bütün bu problemlər səbəbindən dünya iqtisadiyyatı hələ istənilən inkişaf yoluna çıxa bilməyib. Bu gün hansısa ölkə ümumi daxili məhsulunu 1.5-2% artıra bilirsə, o, nümunəvi ölkə sayılır".


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər