Ru
19:14 / 21 Noyabr 2022

İngiltərə İrana darmadağınla qalib gəldi: 6 qol vurdular - VİDEO

1848
Bu gün Qətərdə keçirilən dünya çempionatında B qrupunun matçlarına start verilib.


Bakupost.az xəbər verir ki, ilk oyunda İran İngiltərə ilə qarşılaşır.


Cud Bellingem hesabı açıb. O, 35-ci dəqiqədə İngiltərə yığmasını önə keçirib. Bukayo Saka 43-cü dəqiqədə İngiltərənin ikinci qolunu vurub. Rahem Sterlinq hesabı 3:0 edib. İkinci hissədə, Bukayo Saka hesabı 62-ci dəqiqədə 4:0 edib.

Mehdi Taremi 65-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb - 4:1


Marus Reşford 71-ci dəqiqədə hesabı 5:1 edib. Cek Qriliş hesabı 6:1 edib. O, 90-cı dəqiqədə fərqlənib.


İran ikinci qolu vurub - Mehdi Taremi 90+12-ci dəqiqədə fərqlənib.


İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər