Ru
13:36 / 10 Mart 2023

İngiltərədə “Whatsapp” bağlana bilər

1790
“Whatsapp” tezliklə İngiltərədə qadağan edilə bilər.

Bakupost.az xəbər verir ki, buna səbəb təsdiqlənməsi gözlənən Onlayn Təhlükəsizlik Aktıdır.

Bu haqda Meta-nın “WhatsApp” rəhbəri Will Cathcart açıqlayıb.

Onlayn Təhlükəsizlik Aktı tətbiqi hazırda xidmətdə mesajları qoruyan başdan-sona şifrələməni zəiflətməyə məcbur edə bilər.

Hökumət, şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, “Whatsapp” bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.

Başdan sona şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların təhlükəsizliyini təmin edir.

Texnologiya şirkətləri və təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, mesajları aşkarlama və digər təhlükələrdən qorumaq vacibdir.

Lakin bəzi ölkələr, o cümlədən İngiltərə, mesajların qeyri-qanuni məzmunun yoxlanılması üçün bunun zəiflədilməli olduğunu iddia edib.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin



Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər