Ru
11:18 / 17 İyun 2022

İnsanlar siyasi elitanı məhşər ayağına çəkəcəkdi, səs-küylü həbslər olacaqdı - Müharibənin pərdəarxası

2102
“Rusiyanın Ukraynaya təcavüzü, davam edən müharibə iki məsələyə görə dünya siyasi elitasının bir qisminə tam sərf edir. Özü də bu kəsimdən olan elita hər iki məsələnin lobbiçisi idi. Pandemiya yaddan çıxdı, müharibə bu məsələnin üstünü örtdü. Halbuki 2020-2021-ci illərdə, pandemiya zamanı o qədər səhv qərarlar, mənasız qadağalar oldu ki, müharibə olmasaydı, dünya həmin elitanı məhşər ayağına çəkəcəkdi. İstintaqlar, araşdırmalar, qalmaqallar, hətta böyük səs-küylü həbslər ola bilərdi. İndi isə hamının başı Rusiyanın vəhşiliyinə qarışıb, suallar da, iradlar da, vaksinləşmə kimi mənasız addımlar da yaddan çıxdı. Hətta Çində 3,3 mlrd. vaksin vurulmasına, absurd qapanmalara baxmayaraq, əhali hər gün yüzminlərlə xəstələnib-sağalandan, təbii immunitet qazanandan sonra orada da vəziyyət düzəldi”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.


Ekspert qeyd edib ki, müharibə neft-qaz qiymətlərini kəllə-çarxa çıxardı, hələ bir müddət də qiymətlər çox baha olacaq:




“Sanksiyalara rəğmən baha neft-qaza görə Rusiya günə 1 mlrd. dollar pul qazanır, keçən il bu rəqəm 330 mln. dollar idi. Yəni,Moskva indi 3 dəfə çox pul qazanır və baha neft-qaz ən çox alternativ enerji lobbisinə lazımdır. Neft-qaz baha olmasa, heç kim alternativ enerjiyə sərmayə qoymaz. Ənənəvi enerji daşıyıcıları mütləq baha olmalıdır ki, alternativ enerji sahəsi subsidiyadan çıxsın, rentabelli olsun. Hələ ki bu sahə bütün dünyada dövlət sərmayəsi və subsidiyalar hesabına ayaqda qala bilirdi. Bu gün neftin qiyməti, məsələn, 40 dollar, qazın qiyməti, məsələn, hər 1000 m3 üçün 170-200 dollar olsa, heç bir özəl təşəbbüs alternativ enerji layihələrinə 1 dollar da sərmayə yönəltməz. Tək dövlət vəsaiti və subsidiyaları ilə isə bu sahəni inkişaf etdirmək mümkün deyil”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər