Ru
17:55 / 02 Noyabr 2022

"İnsulini kəşf edən alimlərlə..." - Bayden yenə yanıldı

4765
Tez-tez maraqlı çıxışları ilə gündəmə gələn ABŞ lideri Co Bayden bu dəfə də dünyanı təəcübləndirməyi bacarıb. O, insulin kəşf edən alimlərlə həmsöhbət olduğunu deyib.
 

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ lideri Co Bayden 1923-cü ildə insulinin kəşfinə görə Nobel mükafatı almış alimlərlə - Doktor Frederik Bantinq və professor Con Ceyms Riçard Makleod ilə necə həmsöhbət olduğundan danışıb. O səhiyyə ilə bağlı tədbirdə çıxışı zamanı, “Şəkər xəstələri üçün insulin istehsalının necə ərsəyə gəldiyini bilirsinizmi? Dərman hər kəsə əlçatan olması üçün xüsusi olaraq patent verən bir adam tərəfindən kəşf edilib. Mən onunla danışmışam...”, - deyə Bayden bildirib.

 
Qeyd edək ki, sözügedən alimlərdən biri 1935-ci , digəri isə 1941-ci ildə vəfat edib. Bayden isə 1942-ci ildə anadan olub.


Bundan əvvəl Bayden Ukraynada keçirilən xüsusi əməliyyatı səhvən "İraqda müharibə" adlandırıb və oğlunun orada öldüyünü bildirib.
 

Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər