"Əgər Azərbaycan rəsmi qaydada Qarabağ ermənilərini Bakıya0 ünsiyyətə dəvət edirsə, bu o deməkdir ki, deməyə sözümüz var və onları eşitməyə hazırıq".
Bu fikirləri
Bakupost.az -a politoloq Tofiq Abbasov Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıya dəvət etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər ermənilər özündə təpər görürsə, bu dəvəti qəbul etməlidir:
"Azərbaycanda Ermənistanda olan aqressiv mühit yoxdur. Bakıda indi də ermənilər yaşayırlar. Onların ünvanları da, nə işlə məşğul olduqları da bəllidir. Normal yaşayıb heç bir təhdid yaratmadıqca, qaydaları pozmadıqca, heç bir problem yoxdur".
Tofiq Abbasov qeyd edib ki, vəziyyəti kənardan qızışdıranlar Azərbaycan daxilində sabitliyi istəməyənlərdir:
“Heç bir təklif irəli sürməyib "necə var elə də qalsın" demək düzgün deyil. Postmüharibə reallıqlarında Ermənistanın başqa çıxış yolu yoxdur. Azərbaycanda yaşayan ermənilərə gəlincə, onların yeganə çıxış yolu reinteqrasiya ilə razılaşmaqdır. Əks təqdirdə onların həyat tərzində heç bir irəliləyiş olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Erməni icmasının yaşadığı məkan 4 tətəfdən Azərbaycan ərazisi ilə əhatələnib. Orda başıbozuq, cinayətkar ünsürlər var ki, onlar "biz sona qədər dayanacağıq" deyirlər. Elə bilirlər ki, Azərbaycan ömür boyu bunların nazı ilə oynayacaq. Biz onlara sözümüzü demişik. Azərbaycan vətəndaşlığını qəbul edib yaşayırsız, yaşayın. Yaşamırsızsa, yol açıqdır. Burada üçüncü variant yoxdur”.
Əfsanə Rəcəb,
Bakupost