Ru
23:00 / 21 İyun 2022

İnternetdə kişi adı ilə tanış olub evləndi, qadın olduğu üzə çıxdı

4174
Tanıyıb evləndiyi adam qadın çıxdı


İndoneziyalı qadın 10 ay sonra həyat yoldaşının fırıldaqçı olduğunu öyrənib.


İndoneziyada yaşayan N.A. adlı qadın tanışlıq saytında tanış olub evləndiyi şəxsin 10 ay sonra həm qadın, həm də fırıldaqçı olduğunu öyrənib.

Bakupost.az xəbər verir ki, A.A. adlı şəxs qadının həm özünü, həm də ailəsini aldadıb. Bunu başa düşən gənc qadın məhkəməyə müraciət edib.


Onlar tanışlıq saytında bir-birini tanıdıqdan 3 ay sonra evlənib.


A.A.-nın rəsmi nikah üçün sənədləri təqdim etməməsi və davamlı olaraq ailədən sənədlərlə bağlı pul istəməsindən sonra qadının ailəsi şübhələnib.


Bunlardan narahat olan A.A. həyat yoldaşı ilə birlikdə Cənubi Sumatrada yerləşən Lahata gedib. Orada bir neçə ay müddətində N.A.-nı evə həbs edib və insanlarla bütün əlaqəsini kəsib.


Bundan sonra N.A.-nın anası Cambi bölgəsindəki polisə şikayət edib və reallıqlar üzə çıxıb.


Şəxsin Cambi Bölgə Məhkəməsi tərəfindən 10 il müddətində həbs qərarı gözlənilir.


Aynur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər