Ru
11:02 / 01 Aprel 2022

İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi

8815
46 yaşlı böyrək çatışmazlığından əziyyət çəkən kişiyə internetdə tanımadığı insan böyrək donoru olub.


Bakupost.az xəbər verir ki, ABŞ-ın Şimali Karolona ştatında 46 yaşlı tənha ata Stiv Sanders böyrəklərin nadir xəstəliyindən əziyyət çəkdiyi üçün orqan köçürülməsi etməli, bunun üçün donor tapmalı idi.


O internetdə donor axtarışına çıxıb, hekayəsini paylaşdıqdan sonra 25 nəfər ona böyrəyini vermək istədiyini bildirmişdi.


Lakin onlardan yarısının böyrəyi və qanı uyğun olmamış, digərləri isə qorxudan imtina etmişdilər.


Lakin bir nəfər 48 yaşlı Kris Perez gözlənilmədən ona donor çıxır. Kİşinin arvadı internetdə Stivin videosunu ona göstərmiş, bəlkə donor olasan deyə ərinə təklif etmişdir.


Kris orqan transplantasiyası ilə maraqlanmış, bütün tibbi müayinələrdən keçərək orqan verməyə uyğun olduğunu biləndən sonra donor olmağa razılıq verib.


O, öz telefonunu Sandersə göndərərək, onunla danışır və onlar dostlaşırlar.


Stiv və Kris deyir ki, danışdıqca bir-birinə oxşar xasiyyətlərinin olduğunu görüblər.


"Biz sanki iki doğma idik. O hətta böyrəyini verməkdən son anda imtina etsəydi də biz dost qalacaqdıq. Bizim uşaqlarımızın adı belə eynidir".


Aygün Musayeva
BakuPost
Şərhlər
  • Ceyhunnqennerov

    Xacmax

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər