Ru
10:34 / 08 Dekabr 2022

İntihar məktubunun 8 il sonrakı qisası - Biləsuvardakı qətlin dəhşətli səbəbi

6537
Ötən gecə Biləsuvar rayonunun Xırmandalı kəndində Mehtun Qarayevin qətlə yetirilməsinin səbəbi məlum olub.

Bakupost.az –ın əldə etdiyi məlumata görə, hadisə qisas zəmnində baş verib.

Belə ki, hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib. O, intihardan öncə yazdığı məktubda həmkəndlisi Mehtun Qarayevə görə bu addımı atmağa məcbur olduğunu yazıb. Həmin məktub qızın üzərində tapılıb. Bundan sonra iki ailə arasında düşmənçilik yaranıb. Hadisədən 8 il sonra Cavid Kazımov bacısının qisasını almaq qərarına gəlib. Beləliklə, o, ötən gecə qətl planını həyata keçirib.

Qeyd edək ki, dekabrın 8-i gecə saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişi həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəmnində odlu silahdan atəş açaraq qətlə yetirdiyi müəyyən olunub.

Azər
Baku Post
Şərhlər
  • Ramin

    Dəhşəttt

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər