Apple iPhone X modelindən sonra ilk dəfə qiyməti artıracaq. iPhone 15 Pro qiymətləri isə min dolları keçəcək.
Bakupost.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti maraqla gözlənilən iPhone 14 modellərini keçən ilin sentyabrında təqdim etdi.
iPhone 14-ün təqdimatından çox keçməyib, lakin bu il satışa çıxarılacaq iPhone 15 modelləri ilə bağlı artıq sızmalar başlayıb.
2023-cü ildə təqdim edilməsi gözlənilən iPhone 15 seriyası ilə bağlı qiymət şayiələri ortaya çıxır.
Əldə edilən məlumata görə, Apple iPhone X modelindən sonra ilk dəfə qiyməti artıracaq, iPhone 15 Pro qiymətləri isə min dolları keçəcək.
Aygün
BakuPost