Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:29 / 15 Oktyabr 2024

“İpoteka vəsaitinin artırılması müsbət haldır, amma effektiv xərclənməlidir” - Ekspert

2990
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard manatı keçib. Bununla bağlı Azərbaycan Prezidenti Fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manatın ayrılması ilə mümkün olacaq.

Bəs, nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir?

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ölkədə ipoteka bazarının canlanmasına müvafiq müsbət impuls verə bilər:

"Bu, olduqca vacibdir. Belə ki, biz son illər ərzində bu istiqamətdə faktiki olaraq, problemlərin şahidi olduq. Bu problemlərin aradan qaldırılması ölkədə tikinti bazarının inkişafına müsbət təsir göstərməlidir. Eləcə də əhalinin mənzil bazarındakı imkanlarının daha da çoxalmasına şərait yaratmalıdır. Çünki son nəticədə sosial-iqtisadi gündəmin əsas seqmentlərindən biri məhz mənzil bazarında əhalinin geniş təbəqələrinin imkanlarının gücləndirilməsi ilə bağlıdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, müvafiq istiqamətə ayrılan vəsaitin həcminin artırılmasıma ehtiyac var. Amma bununla yanaşı onu da mütləq şəkildə nəzərə almaq lazımdır ki, İpoteka və Kredit Zəmanət Fondunun menecmentinin idarəetməsinin effektivliyinin yüksək səviyyədə olması zəruridir. Əks halda həmin vəsaitlərin effektiv istifadəsi ilə bağlı problemlər yaşana bilər ki, bunlar da görülən müsbət işlərin effektivliyinin xeyli dərəcədə aşağı sala bilər. Ona görə də vəsaitin artırılması ilə yanaşı, vəsaitin effektiv istifadə olunması mütləq şəkildə təmin olunmalıdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar