Ru
16:52 / 13 Noyabr 2022

İran adlanan yer... - “Əsas molla”nın edam qərarları

19380
Elşən Gəncəvi


İran - yer kürəsi bəşəriyyətinin təkotaqlı mənzilidir.
Rafiq Tağı



İlk dəfə "Soraya M.-in daşqalaq olması” filmini izlədikdən sonra bu yazını yazmaq fikrinə gəldim. Bəlkə də, çoxları bu filmi izləyib. Filmdə bir qadının başına gələn hadisələr və İranın molla rejiminin həqiqətləri əsas istiqamətdir.


İranın dini qanunlarına Avropa hörmətlə yanaşır. İranın isə Avropaya olan münasibətini yazmağa ehtiyac yoxdur. İran sərhəddən kənara ancaq erkən nikahlıq, narkotik və sairə bu kimi nümunələr bəxş edir.


"İran” adlanan yer!


Güney Azərbaycanda yaşayan soydaşlarım üçün hər zaman internet vasitəsi ilə izlədiyim video və xəbərlərdən narahat olmuşam. Eyni xəbərləri oxumaq və görmək adət formasını alıb. Həbslər, edamlar, yox edilən insanlar və heç bir informasiya bildirməmək kimi xəbərlər "molla” rejiminin adət olunmuş qanunlarıdır.

Zamanla güneyli soydaşlarımız Babəkin şərəfinə Bəzz qalasına ildə bir dəfə yürüş edirlər. Bu yürüş bir şərəfdir. Hər yürüş zamanı böyük təzyiqlərə məruz qalırlar. Yürüşü ləğv etmək üçün molla rejimi istədiyi kimi hərəkət edir. Kimini tutub, kimini isə yürüşdə döyərək və silahlarla qorxudaraq qarşısını almaq istəyirlər. Amma bizim soydaşlarımız həmin günün olması üçün ölümü belə gözə alırlar.



90 dəqiqəlik Azadlıq!

Soydaşlarımızın tək azad hiss etdikləri yer "Traxtor Sazi” klubunun stadionu olub. Bu stadionda hər bir Güney azərbaycanlının azadlığı həftədə bir dəfə və 90 dəqiqəlik hiss olunur.

90 dəqiqəyə bərabər olan azadlıq isə yenə də molla rejimin polis məmurları tərəfindən nəzarətdə olur. Stadionda olan hər bir azarkeş bozqurd işarəsini göstərməkdən və Güney Azərbaycan bayrağını dalğalandırmaqdan qorxmur.

Nəticə isə 90 dəqiqəyə bərabər olan azadlıq sona çatır. Oyundan sonra rejimin məmurları lazımi şəxsləri həbs edir, bir neçə gün zindanlarda nəzarətdə saxlayaraq işgəncələr verirlər. Ən sevimli işgəncə isə boz qurd işarəsini göstərən güneylini həmin günün axşamı vəhşi itlə döyüşdürmələri olur.



15-ci əsr və ya "Müasir” ləkələr...

Zindanda baş verən işgəncələr isə bir islam ölkəsinin dinə bəxş etdiyi "müasir” ləkələrdir. Ayaq barmağından çıxarılan dırnaqlar, bir ayağın baş barmağından baş-aşağı asmaq, soyuq su ilə yuduqdan sonra insana verilən "tok”lar və bu kimi işgəncələr molla rejiminin "sevimli” xüsüsiyyətləridir. 40 gün zindanda verilən işgəncələrdən sonra "əsas molla”nın qərarı ilə edam edilir. Bəzilərini isə heç bir məlumat verilmədən başlarına hadisə törədilir. Yəni, ölümü belə çox görürlər.

Ramazan bayramında çöldə yemək yeyən şəxs cəzaya məruz qalır. Cəzası isə qaşıqla qəbir qazmaq olur. Eyni cəza çöldə siqaret çəkənlərə də tətbiq edilir. Çöldə içki içən şəxs isə canına 80 şallaq qəbul edir.

Üçüncü dəfə etdikdə isə həmin şəxs edam edilir. Facebook-dan istifadə edərək kiminləsə "kontakt”da olmaq və xaricdə təhsil almaq molla rejiminə tərsdir.

Su aydınlıqdır, dünyaya aydın olmayan yer isə "İran”dır!

2011-ci ilin ən böyük hadisəsi Urmiya gölünün qurumaq təhlükəsi oldu. Gölün qurumamasına görə soydaşlarımız "İran” adlanan yerdən yardım istədi. İran isə gölün qurumasına göz yumdu. Çünki Urmiya gölünün quruması soydaşlarımızın həyatı təhlükədə olmasına bərabər idi. Bəhanə isə gölün yüksək dərəcədə duzluluğu olub. İnsan yarasının acısını duz hər zaman hiss etdirib və nəticədə insanı məhv edib. Urmiya gölü isə güneyli soydaşlarımızın ən böyük yarası oldu.


Sonda:

"İran” adlanan yerdə baş verən hadisələr həmişə maraq dairəmdə olacaq. Azərbaycan Respublikası varsa, hər zaman 50 milyonuq və artacağıq! Molla rejiminin din "qanun”ları, "İran” adlanan yerin Azərbaycan Respublikasına göstərmək istədiyi xof heç bir zaman bizim 50 milyonluq Azərbaycanlı birliyimizi ayırmayacaq. Mən fəxr edirəmki, 50 milyon Azərbaycanlının soydaşıyam!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər