Ru
11:36 / 08 Dekabr 2022

İran Ermənistana 600 raket göndərib - Silahların bir qismi Qarabağda - FOTO

15116
İran Ermənistana gizli şəkildə 600 raket sistemi göndərib.

Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, İran istehsalı olan bu raket sistemləri İrəvana oktyabrda çatdırılıb.

Qeyd olunur ki, raketlər satılmayıb, sadəcə, bağışlanıb. Onlardan 500-ü “Dehjlaviyeh” idarə olunan tank əleyhinə raket kompleksləri, 100-ü isə “Almas”dır.



Qeyd edək ki, “Dehjlaviyeh” raket sistemi 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi ilə hazırlanıb.

Onu da xatırladaq ki, bir neçə gündür Azərbaycan mətbuatında iki dəstədən ibarət 27 İran vətəndaşının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə keçməsi ilə bağlı məlumatlar dərc olunur. İranın Azərbaycandakı səfirliyi hələlik bu məlumatı şərh etməyib.

Ehtimal olunur ki, İran bu şəxslər vasitəsilə raket sistemlərinin bir hissəsini Qarabağdakı separatçı-terrorçulara ötürüb.


İran və Ermənistan mediası bu məsələ ilə bağlı susmağa üstünlük verir.

Zaur,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər