Ru
11:51 / 21 Noyabr 2022

İran İraq Kürdüstanına zərbələr endirdi - VİDEO

1045
İran silahlı qüvvələri İraq Kürdüstanına növbəti raket hücumu həyata keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə INA yerli mənbələrə istinadən xəbər verib.

Qeyd olunur ki, hücumun hədəfi İrandakı etirazlara dəstək verən kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahları olub.

Shafaq News portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Burada bir neçə nəfər həlak olub. ABŞ-ın Ərbildəki konsulluğu hava hücumu həyəcanı elan edib.

Xatırladaq ki, sentyabrın 24-dən etibarən İran silahlı qüvvələri İraqda yerləşən kürd birləşmələrinə hücum edir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin "Həmzə Seyid əş-Şohada" bazasından verilən açıqlamada deyilir: "Bu gün səhər İraq Kürdüstanında İran əleyhinə terrorçu-separatçı qrupları hazırlan baza və sui-qəsd mərkəzlərinə yeni hava zərbələri endirib: "Aviazərbələr nəticəsində nəzərdə tutulan hədəflər məhv edilib, terrorçulara ağır zərbələr endirilib".

Zaur,
BakuPost



Şərhlər
  • səhvi üzə deyən))

    Xatırladaq ki, sentyabrın 24-dən etivarən İran silahlı qüvvələri İraqda yerləşən kürd birləşmələrinə hücum edir. bir korrektor götürün işə )))

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər