Ru
14:33 / 03 Fevral 2023

"İrana qarşı cavab addımları atılmalıdır" - Osman Gündüz

3530
"İrandakı səfirliyimizə qarşı terror məqsədyönlüdür və Azərbaycana qarşı təhdiddir. Azərbaycan hökuməti baş verənlərlə bağlı ən sərt tədbirlər görməli, İrana qarşı cavab addımları atılmalıdır".

Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, İranın müxtəlif radioxidmətləri, televiziya və digər media resursları Azərbaycana qarşı aşağılayıcı siyasət aparırlar:

"Ölkəmiz əleyhinə "Azərbaycan deyilən bir yeryoxdur”, “Naxçıvan İrana birləşdirilməlidir", "Azərbaycan İsrail ilə əlaqələr qurmamalıdır" kimi fikirlər səsləndirilir. Bütün bunlar İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin təsdiqidir".

O.Gündüz qeyd edib ki, səfirliklərimizin mühafizəsi gücləndirilməli, onların zəruri müdafiə vasitələri ilə təmin edilməsinə diqqət yetirməlidir.

Sevinc​
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər