Ru
15:00 / 23 Noyabr 2022

İranda azərbaycanlı fəallara ağır işgəncə verilib

956
Cənubi Azərbaycanın Məlikan şəhərindən olan fəallar Səid İlxani və Cəfər Fəthi ağır işgəncəyə məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, S.İlxaninin əli sındırlıb, C.Fəthi isə baş nahiyəsindən xəsarət alıb.

Hər iki azərbaycanlı fəal onlara qarşı edilən haqsızlıqlara etiraz əlaməti olaraq dodaqlarını tikib və aclıq aksiyasına başlayıb.

Bu fəaliyyətlərindən sonra onlar Marağa həbsxanasının təkadamlıq kameralara salınıb.

Qeyd edək ki, Səid İlxani oktyabrın 8-də Məlikan şəhərinin Universitetində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Cəfər Fəthi isə Məlikanda keçirilən etiraz aksiyası zamanı saxlanılıb və təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra Marağa zindanına köçürülüb.


Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər