Ru
09:49 / 06 Oktyabr 2022

İrandakı zəlzələdə yaralananların sayı mini ötdü

1430
İranda Qərbi Azərbaycan vilayətində baş verən zəlzələ zamanı yaralananların sayı 1127 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə İran Təcili Yardım Agentliyinin sözçüsü Müctəba Xalidi məlumat verib.

Halidi bildirib ki, 116 yaralıdan 111-i Xoyda, 5-i Selmasda müalicə olunur, 71 nəfər əməliyyat olunub, 1 nəfər isə reanimasiyadadır.

Qərbi Azərbaycan valisi Məhəmməd Sadik Mutedediyan zəlzələ nəticəsində kəndlərdə 50 evin tamamilə dağıldığını, 500 evin isə zərər gördüyünü bildirib.


Qeyd edək ki, ötən gün yerli vaxtla saat 03:51-də Türkiyə sərhədinə yaxın Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Naxçıvan Muxtar Respubliaksında, eləcə də Tükiyədə hiss edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər