Ru
22:32 / 02 Oktyabr 2024

İrəvanda yenidən gərginlik - Rusiyayönlülər hərəkətə keçdilər

1765
Bəlli olduğu kimi, sentyabrın 22-də rusiyayönlü erməni müxalifətinin “Müqəddəs mübarizə” hərəkatı qərbyönlü Nikol Paşinyan hökumətinə qarşı mübarizənin yeni raundunu elan edib.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu gün keşiş Qalstanyanın hərəkatı sözdən işə keçib. Belə ki, İrəvanın Respublika meydanında hərəkatın mitinqi keçirilib.

Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan toplaşanları Ermənistan İctimai Televiziyasının binasına getməyə və onlara efir vaxtı verilməsini tələb etməyə çağırıb.

Mitinq zamanı Qalstanyan ölkədəki bütün siyasi qüvvələri qorxu və qüruru bir kənara atıb başqalarının əlində alətə olmağa deyil, siyasi fiqur olmağa çağırıb.

Paşinyan hökuməti İctimai Televiziyanın binasına polis bölmələri yerləşdirib.

Bu arada Ermənistanın İctimai Televiziyası etiraz hərəkatının liderlərindən hər hansı birini müsahibə üçün qəbul etməyə hazır olduğunu açıqlayıb. Bu barədə İctimai Televiziyanın arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının canlı yayım tələbi ilə bağlı qərarına cavab olaraq verdiyi bəyanatda deyilir.

Zaur, BakuPost

İrəvanda yenidən gərginlik  - Rusiyayönlülər hərəkətə keçdilər
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar