Ru
14:34 / 11 May 2022

İri sahibkarlar kiçik sahibkarları “yeməklə” məşğuldur - Millət vəkili həyəcan təbili çaldı

3689
Xırda və orta sahibkarlıqla məşğul olan şəxslərin şikayətləri getdikcə çoxalır. Onlar iri sahibkarların müxtəlif təzyiqləri ilə qarşılaşmalarından, inhisarçılıqdan gileylənirlər.


Bildirirlər ki, iri sahibkarlar onların inkişafına daha da mane olmağa çalışırlar.


Bəs kiçik və orta sahibkarlarla bağlı hansı tədbirlər görülməlidir? Kiçik sahibkarların əzilməməsi, işlərini rahat davam etdirmələri ilə bağlı hansı addımlar atılmalıdır?


Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Fazil Mustafa açıqlama verib.


O, qeyd olunan problemlə bağlı olduqca maraqlı məqamlara toxunub:


"İnhisarçılıq bizim iqtisadiyyatın ana xəttini təşkil edir. Bundan uzaqlaşmaq isə hələ real görülmür. Ona görə də kiçik sahibkarlar çarə tapmalıdırlar. İri sahibkarların imtiyazları var, onlar imkan verməyəcək ki, kiçik ticarətlə məşğul olan insanlar hər hansı bir şəkildə ayaqda qala bilsinlər. Bu, müəyyən mexanizmlə dövlət tərəfindən tənzimlənməlidir. Təəssüf ki, bizdə inhisarçılığa qarşı mübarizə aparılmır. Bu da böyük bir problemlərə yol açır. Bu siyasət bütövlükdə dəyişməlidir. Siyasət dəyişilsə, inhisarçılığa son qoyulsa, belə problemlər də olmayacaq. Hər kəs öz işi ilə məşğul olacaq. Heç kim, heç kimə mane ola bilməyəcək. Böyük ticarətlə məşğul olanlar böyük, kiçik sahibkarlar isə özünə görə qazanacaq. Bu, köklü problemdir. Həll etmək çətin məsələdir. Yaxın zamanda həllini tapacağına da ümidim yoxdur. Ona görə də böyük balinalar kiçik balıqları udmalıdır. Yəni uzun illərdir buna doğru gedən bir proses var. Bu balıqların hüququnu qoruyan heç bir mexanizm yoxdur. Balinalar, akulalar kef edəcək, kiçik balıqlar da onlara yem olacaq. Amma bunu ciddi şəkildə dəyişmək lazımdır. Dəniz hamı üçündür: balıq, akula da, balina da üzə bilsin".


Millət vəkili qeyd edib ki, reginolarda da eyni vəziyyət hökm sürür:

"Hamı gücü çatanı udur. Yerdə qalanlara yaşamaq haqqı tanımırlar. Biznesin inkişafına şərait yaradan çox az icra strukturu var. Ona görə də hamı Bakıya köçür. Fəhləlik edir, araba sürür, amma rayonuna qayıtmır. Ona görə də münbit şərait yaranmalıdır ki, onlar qayıtsınlar. Kiçik və orta sahibkarları qorumaq lazımdır. Çünki əhalinin əsas hissəsi o sahədə məşğulluq tapır. Əsas məsələ odur ki, cəmiyyətdə oturuşmuş qaydalar olsun ki, heç kim inhisarçılığa meyl etməsin".


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Bəhram

    Bəs, nə gözləyirdiniz? Bütün respublikalar Sosializmi tam silib, özəlləşməyə, tarixi ata mülkü və torpaqlarımızın azadlığını da 27 il "qloballara" güvəndi? Hüquqda hər kəsin öz haqqı var! İqtisadi Konstitusiya müəllifi İnhisara yol verməməyə çağırır. Kəskin təhlil edəndə isə hamının təqribi bərabər paydan (çek+mülk) monstr cəhdinə, inhisara nəinki, qarşı olmuşuqmu, əksinə, əsasən təmərküzləşmə ilə məşğul olmuşuq? Bu isə qeyri-mütənasib (nataraz) və daha da asılı iqtisadiyyat gətirib?

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər