Ru
10:13 / 12 May 2022

“İş adamları jurnalistlərdən çox hədələnir” - Deputat

1861
Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı xəbər artıq bir neçə gündür ki, gündəmdədir.


Bununla bağlı istintaq davam edir.


Məsələ ilə bağlı millət vəkili Aqil Abbas Bakupost.az -a açıqlama verib.


Millət vəkili bildirib ki, təkcə jurnalistə yox, istənilən vətəndaşa qarşı silahlı hücum cinayət hesab olunur:


“Hazırda jurnalistə qarşı edilən cinayət işi üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir. İstintaq başa çatmamış nəsə demək doğru olmaz. Yəqin ki, jurnalistə hücum edəni axtarıb tapacaqlar. Yalnız jurnalistə yox, eyni zamanda adi vətəndaşlara qarşı edilən hücum da cinayətdir və cinayətkar tapılıb cəzalandırılmalıdır. Əlbəttə ki, jurnalisti yazdığı yazıya görə təhdid və təqib etmək ağır cinayətdir.

Jurnalist azad ölkədə yaşayır və azad sözünü deyir. Ona təzyiq etmək qəbulolunmazdır. Hüquq-mühafizə orqanları bu işi daha ciddiyə almalıdır. Jurnalist belə təhdidlərə tez-tez məruz qalırsa, həyati təhlükəsi varsa, DİN-ə müraciət edib təhlükəsizliyi ilə bağlı ona qoruma ayrılmasını istəyə bilər. Düzdür, indi hər bir jurnalistə qoruma ayırmaq mümkün deyil. İndi iş adamları jurnalistlərdən çox hədələnir. Onların hərəsinə qoruma vermək olmur axı… Amma jurnalist müraciət etsə, ona qoruma ayıra bilərlər”.


Fəridə
Baku Post


Həmçinin oxuyun:






Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər