Ru
14:49 / 29 Noyabr 2022

İsa Həbibbəylinin oğlu haradadır? - Vaxt qoyuldu

30809
Ləğv olunmuş Naxçıvan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibəylinin həbs olunması xəbəri doğru deyil.

Bakupost.az -ın əldə etdiyi xəbərə görə, o, korrupsiya faktına görə açılan cinayət işi ilə bağlı hər gün dindirilsə də, saxlanılmayıb.

Qeyd olunur ki, onun rəhbərliyi dövründə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlanb və sübut olunub.




Cinayət işini araşdıran təhqiqat qrupu Səhət Həbibbəylidən həmin vəsaitlərin hara xərclənməsi ilə bağlı hesabat tələb edib və ona bu məsələyə aydınlıq gətirməsi üçün vaxt veriblər.

Xatırladaq ki, Naxçıvanda aparılan genişmiqyaslı antikorrupsiya əməliyyatları zamanı bir neçə vəzifəli şəxs həbs olunub.

Səhət Həbibbəyli ilə bağlı isə ziddiyətli informasiyalar yayılmaqdadır.

Bu barədə jurnalistlər Səhhət Həbibbəylinin atası, AMEA Prezidenti İsa Həbbibəyliyə də sualla müraciət ediblər. O, oğlunun harada olması barədə heç bir məlumatı olmadığını bildirib.

“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır. Bilmirəm, oğlum haradadır, xəbərim də yoxdur” - İsa Həbibbəyli jurnalistlərə bildirib.

Zaur
BakuPost


Həmçinin oxuyun:


Şərhlər
  • Elçin Süleymanov

    İndi olan olub,lazımi şəkildə qiymət də veriləcək. Heç olmasa valideyn kimi övladının arxasında dur,özü də çətin durumda olan vaxtı... Dünyanın malı,mülkü dünyada qalır.

  • Romaya

    Görəsən İsa Həbibbəyli etikanın nə olduğunu və nədən ibarət olduğunu bilir?

  • Arif Ba\ırov

    Elə İsa bəyin cavabı etik deyil.Necə yəni oğlumun harada olduğundan xəbəri yoxdur?Bir də yaıan üstümdə qurulan ölkədə İsa bəyin cavabı da şübhəi görünmür.Bunlar belədirlər.Ona görə millət əziyyət çəkur.

  • Roma

    İsa Həbibbəyliyə "etikadan kənar" sual verilməsini dayandırın...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər