Ru
14:43 / 09 Dekabr 2021

İşdən çıxarılan müəllimlər etiraz aksiyası keçirdi - FOTO

4921
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin işdən çıxarılan müəllimləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Bakupost.az xəbər verir ki, işlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının kobud şəkildə pozulduğunu bildiriblər.

Onlar Nazirliyin dərhal buna reaksiya verməsini və kollecin direktoru Nərmin Qaralovanın cəzalandırılmasını istəyirlər.


Qeyd edək ki, şikayətçi müəllimlər bundan əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya, Ombudsmana, eyni zamanda digər rəsmi aidiyyəti qurumlara da müraciət ediblər.

Lakin onların müraciətləri cavabsız qalıb.

Xatırladaq ki, keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olan Nərmin Qaralova bir müddət əvvəl 67 müəllimin işdən çıxarılması barədə qərar qəbul edib. Onlara bildirilib ki, ya bir illik müqaviləyə qol çəksinlər, ya da işə buraxılmayacaqlar. Bundan narazı qalan müəllimlər isə ondan şikayət ediblər. Sonradan bəzi müəllimlər direktorun təkliflə razılaşmağa məcbur olublar. Digər müəllimlər isə işdə adı getsə də auditoriyaya buraxılmır.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər