Ru
14:59 / 11 Noyabr 2022

İskəndərin ailəsi Rəşad Dağlıdan niyə şikayətçi olmayıb? - İlginc səbəb

55660
Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi İskəndər Mehtiyevin ailəsi ondan şikayətçi olmayıb.


Bu isə istər-istəməz sual yaradır: xüsusi amansızlıqla qətlə yetirilən İskəndərin yaxınlarının şikayətçi olmamasının səbəbi nədir?


Bakupost.az -ın əldə etdiyi məlumata görə, iki dəfə həbsxanada olan İskəndər Mehdiyev kriminal dünyanın qanunları ilə yaşayıb.




Məlumatlı mənbə bildirib ki, bu qanunlarla yaşayanlar hər hansı cinayət, hətta qətl hadisəsi zamanı polisə şikayət etmir, məsələni özləri ayırd edirlər.


"İskəndərin ölümündən sonra qardaşlarının şikayətçi olmaması onların da kriminal dünyanın qanunlarına uyğun davrandıqlarından xəbər verir. Belə insanlar polisə şikayəti qəbuledilməz sayırlar. Onların Rəşad Dağlıdan şikayət etməməsinin səbəb də budur", - deyə mənbə bildirib.




Xatırladaq ki, ötən güb Rəşad Dağlının atası Vaqif Əmirov da İskəndərin ailəsinin meyxanaçıdan şikayətçi olmadığını bildirib:

“Qardaşlarını çağırıb danışdıq. Dedik, hirslənib, nəsə olub. O, dedi ki, günah qardaşımızda olub, biz bilmirik. Bəlkə aralarındakı problem çoxdan yaranıb, gəlib bura çıxıb. Gəlib bizi qucaqladılar, dedilər, olub da. Şikayət etsək, nə olacaq ki? Diriləcək? O bədbəxt olub, vəfat edib, heç olmasa, bunu qoruyaq. Bir şərt qoydular ki, yas mərasiminin xərclərini ödəyək. Biz də nə lazımdırsa, edirik”.

Zaur
BakuPost


Həmçinin oxuyun:




Şərhlər
  • Ramin

    Calisin hemise sebirli olun. Konflikden uzaq olun, voravskoy deyil dunya cox menasiz dunyadir. Usaq musaq sohbetidir varovskoy alem, elmle mesgul olun, meyxana kimi kuce senetine meyl elemeyin, Kelle ve Dimne eserini oxuyun, siyasetle maraqlanin, bax onda ayiq olacaqsiniz.

  • Anonim anonim

    Insanda sebir yaxsi seydir soyusden otru butun heyatini mehv etdi .????

  • Ramin

    Ozunu mudafie yungullesdirici hal kimi nezere alinmalidir, eger ozunu mudafie edibse. yene de cinayet toreen cezasiz qalmamalidir, kimliyinden asili olmayaraq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər