Ru
22:00 / 23 Noyabr 2022

İspaniya Kosta Rikanı darmadağın etdi: 7 qol... - VİDEO/YENİLƏNİB

3152
İspaniya millisi Qətərdə keçirilən dünya çempionatına darmadağınla başlayıb.


E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.


Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.


Qeyd edək ki, E qrupunun ilk oyununda Almaniya yığması gözlənilmədən Yaponiyaya uduzub - 1:2. I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.




***


Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.


***


Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.


Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:


İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres


Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras


Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Görüşün canlı yayımını BURADAN izləyə bilərsiniz.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər