İsrail Avropaya qaz eksportuna razılaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə razılığı baş nazir Naftali Bennet və Avropa Komissiyasının rəhbəri Ursula for den Layen imzalayıb.
Qaz Misir üzərindən Avropaya çatdırılacaq.
Bennet bildirib ki, Ukraynada müharibə qlobal iqtisadi nəticələrə səbəb olub.
“Biz hətta öz regionumuzda böyük aclıq və fəlakət potensialı görürük, ona görə Avropa İttifaqı ilə energetika, təhlükəsizlik, iqtisadi sahələrdə əməkdaşlığı müzakirəyə davam edəcəyik”, - deyə Bennet deyib.
Aygün Musayeva
BakuPost