Ru
23:18 / 19 Dekabr 2021

İstanbul derbisi: qalib bəlli oldu

3479
Futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda "Beşiktaş”ı qəbul edib.

Bakupost.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı 14-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Mesut Özil açıb. Lakin 11 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Yosef de Souza vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun 30-cu dəqiqəsində "Fənərbağça"nın hücumçusu Mergim Berişa komandasını hesabda irəli çıxarıb. İkinci hissənin 59-cu dəqiqəsində Yosef de Souza yenidən hesaba tarazlıq gətirib.

Günün digər matçlarında "Rizəspor" öz meydanında "Yeni Malatyaspor"u 1:0 hesabı ilə üstələyib. "Fatih Karagümrük" səfərdə "Göztəpə"ni minimal hesabla məğlub edib - 1:0. "Kayserispor" - "Antalyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.
Şərhlər
  • A

    Hanı qalib?))

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər