İstanbulda "3+3" formatının iclası işinə başlayır
Bu gün İstanbulda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin iştirakı ilə "3+3" formatında III görüş keçiriləcək.
Bakupost.az. xəbər verir ki, iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması və regional əməkdaşlıq müzakirə olunacaq.
Qeyd edək ki, Ceyhun Bayramov "3+3" formatında görüşdə iştirak üçün artıq Türkiyədədir.