Ru
13:50 / 26 Yanvar 2022

İstanbulda uçuşlar bərpa edilir

3199
İstanbul hava limanında kəskin hava şəraitindən sonra vəziyyət stabilləşir, uçuşlar bərpa olunur.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı hava limanının mətbuat katibliyi yayıb.

Qeyd olunub ki, bu gün aeroport 681 reysi qəbul etməyə və yola salmağa hazırlaşır: “İki uçuş zolağımız açıqdır, üçüncünün isə gün ərzində uçuşlar üçün açılmasını gözləyirik. Hava şəraiti səbəbi ilə hal hazırda terminallarımızda uçuş gözləyən sərnişinlərimiz yoxdur”.

Mətbuat katibliyi hava limanına gəlmədən əvvəl sərnişinləri uçuşlarının statusunu yoxlamağa çağırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər