Ru
12:39 / 12 Aprel 2022

"İstərdim ki, bunu cənab nazirə deyim, amma..." - Gözəl Zutova

12069

Qaydasız döyüş üzrə 3 dəfə dünya, 2 dəfə Avropa çempionu, 2012-ci ildə sərbəst güləş üzrə Yaponiyada keçirilən Dünya Kubokunun, beynəlxalq turnirlərin qalibi və dəfələrlə respublika çempionu Gözəl Zutova eyni zamanda Fövqaladə Hallar Nazirliyinin (FHN) Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedicisidir.


Bakupost.az xəbər verir ki, idmançı fanat.az-a gələcək planları ilə danışıb.



"Hər bir idmançıda olduğu kimi məşqlərdə və döyüşlərdə aldığım zədələr bir az məni narahat edirdi. Amma bunun öhdəsindən gəldim. Qarşıdakı aylarda çıxış edəcəyim bir neçə yarış var. Hələlik bu barədə nəsə deməyə tələsməyəcəyəm. Hər şey dəqiqləşsin və tarixlər məlum olsun, geniş açıqlama verəcəyəm. Özümü yarışlara hazır hesab edirəm".


Xanım döyüşçü hərbi rütbəsi ilə bağlı mövzüya toxunub:

"Məni tanıyanlar tez-tez niyə hələ də gizir rütbəsində qaldığımı soruşur. Cavabında deyirəm ki, zamanı gələndə zabit rütbəsi verəcəklər. Artıq 9 ildir FHN-in xüsusi riskli xilasedicisiyəm. Ali təhsilim də var. Düşünürəm ki, çalışdığım müddət və topladığım təcrübə zabit rütbəsi almaq üçün kifayət qədərdir. FHN-də xidəm etdiyim müddət ərzində 4 dəfə dövlət başçımızla görüşüm baş tutub. Onunla bu barədə dialoqumuz olmayıb. Açığını desəm, istərdim ki, ilk növbədə bunu cənab nazirə deyim, amma onunla görüşümuz olmayıb ki, ona bu barədə müraciət edim. Böyük məmnuniyyətlə, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşmək istəyirəm. Mən istəyirəm ki, FHN-nin idmançıları da ölkə tarixində xüsusi iz qoysun və adları yüksəklərdən gəlsin".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər